10 C
Baku
Thursday, December 12, 2024

Ödəniş sistemlərinə nəzarət sektoruna böyük analitik -MBNP

Ödəniş sistemlərinə nəzarət sektoruna böyük analitik-MBNP

Namizədə dair tələblər:

  • Ali texniki/iqtisadi təhsil;
  • Analoji sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Azərbaycan və İngilis dillərində əla səviyyədə danışmaq, yazmaq, tədqiqat aparmaq və müqavilələr hazırlamaq qabiliyyəti;
  • Analitik düşüncə;
  • Normayaradıcılıq bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • İT resursları və ofis proqramları ilə işləmək bacarığı – əla səviyyədə;
  • Əməliyyat sistemləri (Unix, Windows) üzrə biliklər – yaxşı səviyyədə;
  • Ödəniş sistemləri və alətləri üzrə biliklər – əla səviyyədə;
  • Layihələrin idarə edilməsi sahəsində ən azı 2 il tərcübə;
  • Bank kartları personalizasiya EMV, PayPass / payWave, NFC standartlar və Kriptoqrafiyadan anlayış;
  • PCİ standartlar haqqında dərin anlayış;
  • Elektron Ticarət haqqında dərin biliklər.

 

 

İşin təsviri:

  • Maliyyə bazarlarında fəaliyyət göstərən ödəniş sistemlər üzrə iştirakçılardan analitik məlumatları toplamaq və hesabatlar hazırlamaq;
  • Ödəniş sistemlərinin daim təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə inkişaf etdirilməsi üzrə təkliflər hazırlamaq;
  • Maliyyə bazarlarında fəaliyyət göstərən ödəniş sistemləri üzrə iştirakçıların fəaliyyətlərinin əlaqələndirilməsi və tənzimlənməsi üçün tədbirlər görmək;
  • Ödəniş sistemləri bazarında fəaliyyət göstərən iştirakçıların yerində yoxlanılması və nəticələr barədə hesabatlar hazırlamaq;
  • Təhlil nəticəsində aşkar olunmuş nöqsanlar haqqında rəhbərliyə məlumat vermək;
  • Ödəniş sistemlərinin iştirakçıları ilə daimi əsasda görüşlər təşkil etmək, ödəniş sistemlərinin səmərəliliyinin və effektivliyinin artırılması istiqamətində qarşılıqlı fəaliyyət göstərmək;
  • Maliyyə bazarlarında fəaliyyət göstərən ödəniş sistemləri üzrə normativ-metodoloji bazanın yaradılmasında iştirak etmək;
  • Bazarda yarana biləcək mümkün risklərin qarşısını almaq üçün təkliflər hazırlamaq;
  • İş prosesi daimi təkmiləşdirilməsi məqsədi ilə xarici ödəniş sistemləri ilə davamlı iş aparmaq;
  • Maliyyə bazarları nəzarət palatasının digər struktur bölmələri ilə işdə daimi əlaqədə olmaq.

Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

Əlaqə vasitələri:

E – mail :  [email protected]

Son xəbərlər
Digər xəbərlər