21 C
Baku
Monday, October 6, 2025

Ödəniş və elektron pul təşkilatlarında təhlükəsizlik tədbirləri gücləndiriləcək

Ödəniş və elektron pul təşkilatlarının fəaliyyəti, o cümlədən daxili nəzarət və risklərin idarəetmə sistemləri, ödəniş xidmətlərinin göstərilməsi üzrə təhlükəsizlik tədbirlərinə dair tələblərin gücləndirilməsi nəzərdə tutulub.

Bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Maliyyə xidmətləri” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsində öz əksini tapıb.

Yol Xəritəsinə görə, ödəniş və elektron pul təşkilatlarının bank hesablarında vəsaitlərinə nəzarətin gücləndirilməsi üzrə tədbirlərin görülməsi planlaşdırılır. Eyni zamanda mübahisələrin ödəniş xidməti təchizatçıları daxilində həlli ilə bağlı funksiyanın yaradılmasını tənzimləyən normativ xarakterli akt layihəsi hazırlanacaq.

Xatırladaq ki, Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası tərəfindən təsdiqlənib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər