-1 C
Baku
Sunday, December 15, 2024

Ödəniş xidmətləri sahəsində lisenziyalaşdırılan fəaliyyətlərə görə rüsumlar müəyyənləşir

Ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyətlərə lisenziya verilməsinə görə dövlət rüsumları müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

“Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyətin aşağıdakı növlərinə görə dövlət rüsumu tutulacaq:

ödəniş təşkilatı fəaliyyəti – 2000 manat

elektron pul təşkilatı fəaliyyəti – 3000 manat

ödəniş sistemi operatoru fəaliyyəti – 2500 manat.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər