3 C
Baku
Saturday, December 14, 2024

Odero Mərkəzi Bank tərəfindən lisenziya alan ilk ödəniş təşkilatı oldu

®“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Republikasının Qanununun tələbinə əsasən, Ödəniş təşkilatı, elektron pul təşkilatı və operator (Mərkəzi Bank istisna olmaqla) ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyəti bu Qanuna uyğun olaraq lisenziya aldıqdan sonra həyata keçirə bilərlər.

Token Azərbaycan MMC (Odero) bu Qanunun tələblərinə əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edərək lisenziyalaşma prosesini uğurla tamamlamışdır və Mərkəzi Bankın ÖT-001 saylı lisenziyası əsasında Ödəniş təşkilatı olaraq aşağıdakı fəaliyyətləri həyata keçirəcəkdir: 

  • Virtual POS vasitəsilə ödəniş əməliyyatının ekvayrinqi,
  • Link və QR vasitəsilə ödəniş qəbulu,
  • Kart yadda saxlama əsasında təkrarlanan və abunəlik ödənişlərinin icra olunması,
  • KOB sahibkarlıq subyektlərinin onlayn ödəniş qəbul edə bilməsi üçün əlavə dəyərli xidmət olaraq elektron ticarət platformasının təqdim olunması 

Ölkənin ilk lisenziyalı ödəniş təşkilatı olan Odero Fortune 500 siyahısında olan Koç Holdinqə daxildir və Azərbaycanda onlayn ödəniş qəbulu və elektron ticarət həlləri ilə müştərilərin xidmətindədir. Oderonun məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://odero.az/ saytına, 012 310 57 10 Məlumat Mərkəzinə və ya müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. 

Son xəbərlər
Digər xəbərlər