Odessa limanından yola düşən taxıl daşıyan gəmi İstanbul boğazına çatır

Dünən Ukraynanın Odessa limanından yola düşən qarğıdalı yüklü RAZONI quru yük gəmisinin yerli vaxtla saat 21:00 radələrində İstanbul Boğazının girişinə çatması gözlənilir.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Müştərək Koordinasiya Mərkəzinin üzvləri tərəfindən gəmiyə baxış sabah səhər başlayacaq.

Son xəbərlər
Digər xəbərlər