27 C
Baku
Saturday, July 27, 2024

Odessada Azərbaycan vətəndaşlarına səyyar konsulluq xidməti göstəriləcək

Azərbaycanın Ukraynadakı səfirliyi Odessa vilayəti və yaxın ərazilərdə daimi, yaxud müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.

Səfirlikdən verilən xəbərə görə, 11 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin konsulluq şöbəsi tərəfindən Odessa şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır.

“Ünvan: Одеса. Вул.Пушкинська 54. Дім «Азербайджан» Qəbul vaxtı: 09:30-dan -13:30-dək. Əlaqə telefonu: +380 73 505 00 00

Qeyd: Odessa Vilayətində təhlükəsizlik şəraitinin pisləşdiyi təqdirdə səyyar konsulluq xidməti təxirə salına bilər. Nəzərə alınması xahiş olunur”, – məlumatda deyilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər