3 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

ODKB-nin baş katibi Ermənistana gedir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistana səfər edəcək.

Bunu Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Stanislav Zas baş nazir Nikol Paşinyan, xarici işlər naziri vəzifəsini icra edən Armen Qriqoryan və müdafiə nazirliyinin rəhbərliyi ilə görüşəcək, həmçinin Ermənistan Təhlükəsizlik Şurasının ofisini ziyarət edəcək.

Son xəbərlər
Oxşar xəbərlər