12 C
Baku
Sunday, May 19, 2024

OECD ölkələrində kommersiya neft ehtiyatları azalıb

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları ötən ilin dekabrında noyabr ayı ilə müqayisədə 10.9 mln. barel azalıb.

OECD ölkələrində neftin kommersiya ehtiyatları oktyabr ayının yekunlarına görə 2.768 mlrd. təşkil edib, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 117 mln. barel çoxdur, lakin bu, son beşillik ortalama göstəricidən 95 mln. barel, 2015-2019-cu illərin ortalama səviyyəsindən isə 158 mln. barel azdır.

Belə ki, ötən ilin noyabrında OECD ölkələrində neft ehtiyatlarının həcmi 1.344 mlrd. barel, neft məhsullarının həcmi isə 1.424 mlrd. barel təşkil edib.

Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik (2015-2019-cu illər) səviyyəyə çatdırılması əvvəlcədən “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər