7 C
Baku
Monday, February 6, 2023

OECD ölkələrində neftin və neft məhsullarının ehtiyatları artıb

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları oktyabrda sentyabr ayı ilə müqayisədə 22.5 mln. barel artıb.

OECD ölkələrində neftin kommersiya ehtiyatları oktyabr ayının yekunlarına görə 2.748 mlrd. təşkil edib, lakin bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 mln. barel, son beşillik ortalama göstəricidən 167 mln. barel, 2015-2019-cu illərin ortalama səviyyəsindən isə 197 mln. barel azdır.

Belə ki, bu ilin oktyabrında OECD ölkələrində neft ehtiyatlarının həcmi 1.335 mlrd. barel, neft məhsullarının həcmi isə 1.413 mlrd. barel təşkil edib.

Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik (2015-2019-cu illər) səviyyəyə çatdırılması əvvəlcədən “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X