13 C
Baku
Saturday, November 2, 2024

OECD ölkələrində neft ehtiyatları azalıb

Bu ilin oktyabr ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) üzv ölkələrində neft və neft məhsulları ehtiyatları 21,2 milyon barel azalıb.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) dekabr hesabatında bildirilir.

Sənədə əsasən, həmin ehtiyatlar son 5 ilin orta həcmindən aşağı enib.

Neft və neft məhsullarının dünya ehtiyatları 2737 milyon barel təşkil edib ki, bu da 2016-2020-ci illərin orta həcmindən 243 milyon barel azdır. Noyabr ayına dair ilkin məlumatlara görə ehtiyatlar daha 23 milyon barel azalmalıdır. Eyni zamanda üzən neft anbarlarındakı ehtiyatlar 8,4 milyon barel artaraq 134,5 milyon barelə çatıb.

Xatırladaq ki, OPEC+ formatı çərçivəsində hasilatın ixtisarına dair razılaşmanın ilkin olaraq dünyada neft və neft məhsullarının kommersiya ehtiyatlarını son 5 ilin orta səviyyəsinə gətirmək məqsədi daşıdığı bildirilmişdi.

Son xəbərlər
Digər xəbərlər