21 C
Baku
Saturday, November 2, 2024

OECD ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları artıb

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları iyulda iyun ayı ilə müqayisədə 18.1 mln. barel artıb.

OECD ölkələrində neftin kommersiya ehtiyatları iyul ayının yekunlarına görə 2.699 mlrd. təşkil edib, lakin, bu, son beşillik ortalama göstəricidən 279 mln. barel, 2015-2019-cu illərin ortalama səviyyəsindən isə 271 mln. barel azdır.

Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik (2015-2019-cu illər) səviyyəyə çatdırılması əvvəlcədən “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər