6 C
Baku
Sunday, December 15, 2024

Offşor banklar nədən ötrü lazımdır?

Tax Justice Network təşkilatının yeni araşdırmasına əsasən, offşor banklarda varlı insanların 21 trilyon dollardan artıq pulu gizlədilir, bu rəqəm ABŞ və Yaponiya kimi ölkələrin ÜDM-inə bərabərdir. Bəs offşor banklarının əsas cəlbedici xüsusiyyəti nədir və onlar nə dərəcədə etibarlıdır?

Gəlin ilk öncə “offşor” terminin özündən başlayaq. Bu, müəyyən regionlar və hətta bütünlüklə ölkələr ola bilər, onlar maksimal vergi güzəştləri təqdim etmək üsulu ilə mümkün qədər əcnəbi pul vəsaiti cəlb etməyə çalışırlar. Ən məşhur offşor bölgələri bunlardır: Baham adaları, Cəbəllüttariq, Lüksemburq, Kipr, Beliz, Seyşel adaları və s. 

Deməli, offşor ərazində firma açmaq üçün onu qeydiyyatdan keçirtməkdən ötrü bir neçə min dollar ödəmək kifayət edir, daha vergi ödənilməsi ilə bağlı heç bir narahatçılığa ehtiyac qalmır. Həmçinin offşor biznesinin sahiblərindən mühasibatlıq işlərini aparmaq tələb olunmur, onları müxtəlif auditorlar narahat etmir, bütün bunlarla yanaşı o, maksimal dərəcədə məxfiliyi qoruyub saxlayır, çünki faktiki olaraq, firmanı tamamı ilə kənar insanlar idarə edir.

Düzünə qalsa, offşor banklar elə sözü gedən firmaların əməliyyatlarını həyata keçirmək üçün yaradılıb. Amma onlara qarşı irəli sürülən tələblər adi kompaniyalar ilə müqayisədə daha çoxdur və daha sərtdir. Onlar hər il lisenziyalarını təzələməli və ildə bir dəfə yerli Mərkəzi Banka öz maliyyə hesabatlarının (balans, mənfəət və zərər hesabatları) bir nüsxəsini təqdim etməlidir.  Bəzi offşor bölgələrində banklar hətta əmanətçilərin depozitlərini sığortalamağı belə tələb edilər

Müxtəlif offşor bölgələrdə yerləşən banklar vergi ödəmir, bu da onlara maksimal faiz dərəcəsi ilə depozit cəlb etmək imkanı verir.

Əgər bank offşor ərazidə fəaliyyət göstərirsə bu hələ o demək deyil ki, onu reputasiyası mütləq qaranlıq olmalıdır. Bu belə deyil. Burada olduqca məşhur kredit təşkilatlarının filiallarına rast gəlmək mümkündür, onlar kifayət qədər uzun müddətdir ki, burada fəaliyyət göstərirlər, aparıcı reytinq agentlikləri onların işini yüksək qiymətləndirir və bu banklar yetərincə etibarlı hesab olunurlar. Bundan əlavə maliyyə əməliyyatları üzrə beynəlxalq komissiya FATF çirkli pulların yuyulmasında və digər qeyr-qanuni əməllərdə şübhəli bilinən bankların fəaliyyətini çox diqqətlə izləyir və onlara qarşı aktiv mübarizə aparır.

Offşor bankda istənilən adi bir vətəndaş hesab açdıra bilər, bundan ötrü offşor əraziyə getmək heç də mütləq deyil. Müxtəlif vasitəçilərə müraciət etmək kifayət edir. Hesab açılması prosesi 2 gündən 7 günə qədər çəkə bilər. Tələb olunan sənədlər sırasında pasport və sizin daimi yaşayış yerinizi təsdiq edəcək sənəd lazım olacaq. Hesabı internet, elektron poçt və ya telefon vasitəsi ilə idarə etmək olar.

Son xəbərlər
Digər xəbərlər