17 C
Baku
Monday, April 29, 2024

Og Mandinodan uğurlu həyat üçün qaydalar

– Bu günü elə yaşayın ki, sanki bu sizin sonuncu gününüzdür. Dünənin uğursuzluqlarını unudun və sabahkı günün problemlərini ağlınızdan çıxarın. Bax belə. Bu gün – sahib olduğunuz tək şeydir və yalnız bu məna kəsb edir. Bu günü ilin ən yaxşı günü edin. Heç vaxt tələffüz etməli olmadığınız ən qəmli sözlər: “İmkanım olsaydı bu həyatı yenidən yaşayardım”.

– Hər səhəri təbəssümlə qarşılayın. Hər bir yeni günü Yaradandan bir hədiyyə kimi qəbul edin və bu gün də dünən həyata keçirə bilmədiklərinizi reallaşdırmağa çalışın. Günü sevinclə başlayın. Qoy günün ilk saatları uğurunuzun və müsbət fəaliyyətinizin əsası olsun. Bu istər-istəməz bütün gününüzə təsir edəcək. Bu gün heç vaxt təkrar olunmayacaq. Onu mənfi düşüncələrə görə israf etməyin. Siz uğur üçün doğulmusunuz.

– Öz gününüzü xoş fikirlərlə qurun. Uğurunuza mane ola biləcək xırdalıqlar barədə heç vaxt narahat olmayın. Mümkün qədər tez-tez Tanrının yaratdığı bir varlıq olduğunuzu və öz düşüncələriniz vasitəsilə istədiyiniz məqsədlərə nail ola biləcəyinizi xatırlayın. Həyat yolunuzda daim ürəyinizin səsinə qulaq asın və gülümsəyin.

– Özünüzü qiymətləndirməyi bacarın. Özünüzün necə qiymətli olduğunuzu və hələ özünüz üçün ediləsi nə qədər çox şeyin olduğunu başa düşdüyünüz an təbəssümünüz, sevinciniz geri dönəcək və irəliyə hərəkət etmək üçün kifayət qədər gücünüzün olduğunu anlayacaqsınız.

– Bu gün və həmişə edə biləcəyinizdən artıq şeylər edin. Uğura doğru can atsanız burada qələbə yalnızca uğurunuzun kiçik bir hissəsi olacaq, sizi bundan daha artıq xoşbəxtliklər qarşılayacaq. Özünüzü elə qiymətli bir işçi edin ki, son nəticədə əvəzedilməz birinə çevriləsiniz. Bütün kənar şeylərdən uzaq olun və mükafatı qəbul edin. Siz buna layiqsiniz.

– Hər dəfə səhv etdikdə və yaxud həyatdan zərbə aldıqda çox uzun zaman bunlara ilişib qalmayın. Həyat yalnız sizə dəyərli dərslər vermək üçün vasitədir.

– İnanın heç kim uğursuzluqlardan sığortalanmayıb, bu sadəcə sizin inkişafınızın bir hissəsidir. Uğursuzluqlardan qaçmayın. Çünki məhz onlar sizin imkanlarınızın sərhədlərini müəyyən edir.

– Gər günə kiçik məqsədlər, layihələr quraraq kiçik arzularınızı həyata keçirin. Son nəticədə bu kiçik arzularla yanaşı böyük arzularınız da reallaşacaq. Amma yadda saxlayın ki, siz öz uğur piramidanızı 24 saat ərzində qura bilməzsiniz. Səbirli olun. Bacardığınızın ən yaxşısını edin, bu gündən və gələcək yeni günlərdən zövq alın.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər