Oğluna yüksək vəzifə verdi

0

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov oğlu Sərdarı yüksək vəzifəyə təyin edib. Bu barədə ölkənin dövlət informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, 37 yaşlı Sərdar Türkmənistanın mərkəz-cənub bölgəsindəki Ahal regionunun qubernatoru təyin olunub. Buna qədər o, 2019-cu ilin yanvarından bugünə qədər regionun qubernator müavini kimi fəaliyyət göstərib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Prezidentin yeganə oğlu silahlı qüvvələrdə polkovnik- leytenantdır. O, 2016-cı ildə millət vəkili seçilib, 2018-ci ilin martında isə Xarici İşlər nazirinin müavini postuna gətirilib.

Qafqazinfo