34 C
Baku
Wednesday, August 17, 2022

Oğuzda indiyədək 400 ton quru tütün istehsal olunub

Ölkəmizdə ənənəvi sahələrdən olan tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, tütünün satış qiymətinin artırılması oğuzlu fermerlərin də tütünçülüyə marağının artmasına səbəb olub. Şimal-qərb bölgəsinin digər rayonları kimi, Oğuz rayonunda da gəlirli istehsal sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər artıq öz müsbət nəticəsini göstərir. Belə ki, bu il rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 2,4 dəfədən çox artırılaraq 269 hektara çatdırılıb. Cari mövsümdə sahələrə əsasən “Virciniya botaniki” növlü tütün əkilib. Tütünün yetişdirilməsi ilə əlaqədar 65 fermerlə müqavilə bağlanılıb.

Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, hazırda rayonun təsərrüfatlarında tütün yığımı davam edir. Torpaq mülkiyyətçiləri mövsümün əvvəlindən bu günədək rayonun Bucaq, Bayan və Sincan kəndlərində fəaliyyət göstərən emal məntəqələrinə 4 min tondan çox “Virciniya botaniki” növlü yaş tütün təhvil veriblər. İndiyədək bu emal məntəqələrində 400 tonadək quru tütün istehsal olunub.

Xatırladaq ki, keçən il oğuzlu fermerlər 110 hektar sahədən 215,6 ton quru tütün əldə ediblər.

MənbəAzərtac
Son xəbərlər
Oxşar xəbərlər