28 C
Baku
Sunday, June 26, 2022

Oğuzda yüksək dağlıq ərazidə başlayan yanğın söndürülüb

Oğuz rayonunda bas verən yanğın bu gün səhər saatlarında söndürülüb.

Yüksək dağlıq ərazidə qeydə alınan yanğın zamanı 1 hektar sahədə ot və kol-kos yanıb. Yanğının daha geniş əraziyə yayılmamasının da səbəbi həmin ərazinin yaşıllıq olması ilə əlaqədardır.

Qeyd edək ki, yanğın Oğuz rayonunun Xaçmaz kənd inzibati ərazisinə aid olan yüksək dağlıq ərazidə qeydə alınıb. Güclü külək və ərazinin relyefinin çətin olması səbəbindən yanğını yalnız bu gün söndürmək mümkün olub.

Son xəbərlər
Oxşar xəbərlər