13 C
Baku
Saturday, April 27, 2024

SOCAR və NEQSOL-un birgə şirkətinin gəlirləri azalıb

SOCAR və “NEQSOL Holding”in payları olduğu neft şirkəti 2020-ci ildə gəlirlərini azaldıb. Bu “Oyl ənd Qəs ProServ” MMC-dir (Oil and Gas ProServ).

Bu barədə Banker.az ana şirkətin hesabatına istinadla xəbər verir.

Hesabata görə, “Oil and Gas ProServ” 2020-ci ildə 3 mln. avro gəlir əldə edib. Bu isə öncəki illə müqayisədə 25% azalma dinamikasıdır. 2019-cu ildə törəmə şirkətinin gəlirləri 4 mln. avro idi.

2020-ci il üzrə xalis mənfəəti isə 1 mln. avro olmuş, öncəki illə eyni olmuşdur.

Hesabat dövrünün sonuna “Oil and Gas ProServ”in cari aktivlərinin həcmi 22 mln. avro (2019: 19 mln. avro), cari öhdəlikləri 9 mln. avrodur (7 mln. avro).

Bildirək ki, “Oil and Gas ProServ”in hazırda 100 000 avro nizamnamə kapitalına sahibdir. Əsas səhmdarı SOCAR (55%), ikinci səhmdarı isə NEQSOL Holdinqin B.Britaniyada qeydiyyatda olan və Azərbaycanda fəaliyyət göstərən “Nobel Oil Services”dir. 2020-ci ilin əvvəlində SOCAR-ın payı 30% idi, sonradan payını artırmaqla 55%-ə yüksətlmişdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər