1 C
Baku
Saturday, December 14, 2024

Okeanda şəhər

Male (“Maa-ley” kimi tələffüz olunur)  Maldiv respublikasının paytaxtı və ən böyük şəhəridir. Male şəhəri adada, Kaafu Atolledə yerləşir.  Malenin əhalisi 104 400 nəfər olar (2006-cı il). Ənənəvi olaraq, Male kral adası hesab olunur, hələ qədim zamanlardan kral ailələrinin sülalələri buradan adanı idarə edirdi.

Male adasının uzunluğu 2 kilometr, eni isə 1 kilometr olar, səthi tamamı ilə binalar və yollarla örtülüdür. Ona görə də burada açıq yerlərin sayı çox azdır. Amma buna rəğmən Male çox təmiz şəhər olaraq qalır. Burada məscidlər, bazarlar, balaca labirint küçələr vardır. Buradan olduqca məlahətli ətirlər gəlir və insan gəzdikcə valeh olur. Bəzən Male insanlara sakit əyalət şəhəri təsiri bağışlasa da, hər tərəfdə müasir binalar tikilir və şəhər sürətlə inkişaf edir. Rəsmi olaraq, paytaxtın əhalisi  65000 nəfərdir, amma əcnəbi işçilər, turistlər və digər adalardan tez-tez bura səyahət edən sakinlər ilə birlikdə, şəhərdə adətən 100 000-dən çox insan olur.

Adanın ərazisi torpağın bərpa edilməsi layihələri vasitəsi ilə ikiqat artırılıb, yaxındakı kiçik adalar isə müxtəlif məqsədlər üçün istifadə edilir. Adalardan birində isə hava limanı yerləşir. Hökumət Male adasına düşən təzyiqi azaltmaq məqsədi ilə digər adaların da inkişaf etdirilməsini planlaşdırır. Keçmişdə Male adası Sultan adası kimi tanınırdı.  Paytaxtda şərq şəhərlərinə məxsus bütün özəlliklərə rast gəlmək olar: məscidlər, bazarlar, suvenir satılan çoxsaylı dükanlar, ekzotik taamlar və içkilərin satıldığı balaca kafelər.

Burada hündür binalar yoxdur, velosipedçilərin sayı isə avtomobil sürücülərindən qat-qat daha çoxdur. Maledə itmək və ya azmaq mümkün deyil. Bütün küçələr demək olar ki, şəhərin üç ən böyük yoluna çıxır. Şəhərdə çoxlu otellər vardır və hər bir otelin özünün gəzinti qayığı vardır. Bu qayıqlarda arxipelaq boyu bir neçə günlük gəzintiyə çıxmaq mümkündür.

204 205 206 1386644990_

Son xəbərlər
Digər xəbərlər