Xəbər verdiyimiz kimi, Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.
Banker.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Fərid Turab oğlu Əhmədov kimdir?
1979: Bakı şəhərində anadan olmuşdur.
Təhsil
2000: Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini bitirmişdir.
2002: Beynəlxalq hüquq üzrə magistr təhsilini bitirmişdir.
2003: “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi almışdır.
2009: Doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olmuşdur.
2016: Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Karyera
2006-2007: Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır.
2015-2017: “Azərbaycan” Universitetinin rektoru olmuşdur.
2017-2020: “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışmışdır.
2021: Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri təyin edilmişdir.
2022: Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 may tarixli Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilmişdir.
Xarici dillər
- İngilis
- Rus
Həyatı
Ailəlidir.