Ölkə üzrə oktyabr ayının pensiyaları tam ödənilərək başa çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Banker.az-a verilən məlumata görə, oktyabr ayı üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla bütün pensiyaların ödənişi başa çatdırılıb.
Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.