8 C
Baku
Bazar, Yanvar 23, 2022

Oktyabrda 1 424 boşanma qeydə alınıb

Azərbaycanda 2021-ci ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 46 100 nikah qeydə alınıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 520 və ya 57.1% çoxdur.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə qeydə alınan boşanmaların sayında da artım müşahidə olunur. Belə ki, cari ilin ilk 10 ayında boşanma sayı illik müqayisədə 13.3% artaraq 14 316-ə çatıb.

Qeyd edək ki, təkcə oktyabr ayında qeydiyyat şöbələri tərəfindən 5 033 nikah, 1 424 boşanma qeydə alınıb.

 

Son xəbərlər
Oxşar xəbərlər