Oktyabrın 5-dən “App Store”da qiymətlər bir neçə ölkədə artırılacaq. Qeyd edək ki, “Apple” qiymətlərin artırılmasına dair heç bir açıqlama verməyib. Dəyişikliklər avro və digər valyutaların ucuzlaşması ilə bağlı olub.
Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.
Vurğulanır ki, dəyişikliklər Çili, Misir, Yaponiya, Malayziya, Pakistan, Polşa, Cənubi Koreya, İsveç, Vyetnam və avrodan istifadə edən bütün ölkələrə təsir edəcək.
Avropada proqramın və proqramdaxili alışın qiyməti 0.99 avrodan 1.19 avroya artacaq. 9.99 avroya olan tətbiqlərin qiyməti isə 11.99 avro təşkil edəcək.