Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 38 min 894 ton şəkər ixrac edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 16 min 636 ton və ya 30% azdır.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 2020-ci ilin on ayında 16 milyon 816 min ABŞ dolları dəyərində şəkər ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 7 milyon 339 min ABŞ dollar və ya 30.4% azdır.
Bu ilin oktyabr ayında Azərbaycandan xaricə 4 milyon 444 min ABŞ dolları dəyərində 9 min 617 ton şəkər ixrac edilib. Sentyabr ayında isə 887 min dollarlıq 1.959 ton şəkər ixrac edilmişdi. İllik müqayisədə şəkər ixracında azalma müşahidə olunsa da, aylıq müqayisədə şəkər ixracı artıb.
Cari ilin yanvar-oktyabr aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0.14%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1.16%-ə bərabər olub.