Azərbaycandakı banklar bu ilin 10 ayında verdikləri kreditlərdən 1 milyard manatdan artıq gəlir əldə ediblər.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin 10 ayında bankların kreditlər üzrə faiz gəlirləri 1 milyard 394.3 milyon manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 132.8 milyon manat və ya 11 % çoxdur.
Bankların ötən ilin 10 ayında kreditlər üzrə faiz gəlirləri 1 milyard 261.5 milyon manat təşkil etmişdi. Aylıq müqayisədə isə oktyabr ayında kredit faizlərindən gəlirlər 151.9 milyon manat artıb.
2021-ci ilin 10 ayında faizlər üzrə xərcləri isə 448 milyon manat olub. Bu xərc ötən ilin eyni dövründə 408.2 milyon manat idi.