2022-ci ilin oktyabrında Gürcüstan pul köçürmə sistemləri vasitəsilə 502 milyon dollar əldə edib. Bu, ötən illə müqayisədə 143% çoxdur.
Banker.az bunu “Novosti-Georgia” agentliyinə istinadən xəbər verir.
Rusiya Federasiyası siyahıda ilkdir. Buna əsas səbəb Gürcüstana bu ölkədən axan onminlərcə miqrantdır.
Oktyabrda Rusiya Federasiyasından 299 milyon dollar daxil olub ki, bu da bir il əvvəlkindən 8 dəfə çoxdur.
İkinci yeri ənənəvi olaraq çoxlu sayda gürcü miqrantın çalışdığı, Gürcüstandakı ailələrə kömək edən İtaliya tutur – 36 milyon dollar.
Üçüncü yerdə ABŞ qərarlaşıb – 30 milyon dollar.
Oktyabrda transferlərin artımında lider Belarusdur, buradan cəmi 5 milyon dollar köçürülüb, lakin bu, keçən illə müqayisədə 12 dəfə çoxdur.
Rusiyadan Gürcüstana pul köçürmələri bu ilin mayında rekord qırıb (313.9 milyon dollar), bundan sonra azalmağa başlayıb. Oktyabrda qeydə alınan artım Rusiyada hərbi səfərbərlik elan edildikdən sonra qeydə alınan yeni miqrasiya dalğası ilə əlaqələndirilə bilər.