Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası oktyabrın 14-də Qazaxıstanın Astana şəhərində keçiriləcək.
Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, oktyabrın 13-də Asiyada Qarşılıqlı Əlaqə və Etimad mövzusunda sammit, növbəti gün isə “Mərkəzi Asiya-Rusiya” sammiti baş tutacaq.
Qazaxıstan 2022-ci ildən MDB-yə sədrlik edir.