Oktyabrın 25-dən etibarən rusiyalı turistlərin Çexiyaya girişi qadağan olunacaq.
Bu barədə Çexiya hökuməti rəsmi məlumat yayıb.
Bundan əvvəl bir neçə ölkə də oxşar qərar qəbul edib.
Qeyd edək ki, Rusiya vətəndaşları üçün giriş hələ də açıq olan Avropa ölkələrinə Fransa, İtaliya, İspaniya, Almaniya, Avstriya, Macarıstan, İsveçrə, Yunanıstan və Portuqaliya daxildir.