Azərbaycan Mərkəzi Bankı (AMB) 6 oktyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 06.10.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6036 səviyyəsində müəyyən olunmuşdur.
Xatırladmaq istərdik ki, bu gün yəni, 5 oktyabr tarixində dolların rəsmi məzənnəsi 1,6115 manat olub.
Tanınmış maliyyə agentliyi Bloomberg-də isə , bu gün USD/AZN məzənnəsi 1,6105 səviyyəsindən 1,6155 səviyyəsinə qədər artıb.








