7 C
Baku
Thursday, December 12, 2024

Oktyabrın valyuta hərracları bitdi – Banklara $0.56 mlrd. xarici valyuta satıldı

29 oktyabr 2020-ci il tarixində Azərbaycan Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Banker.az bu barədə AMB-yə istinadla bildirir.

Hərracda tələb $62.9 mln. təşkil edib və tam təmin edilib.

Bununla da Azərbaycanda oktyabr ərzində təşkil edilən doqquz hərracda $560.3 mln. xarici valyuta satılmalı olub.

Bugünkü hərracda da manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşıb.

Ölkədə xarici valyutaya tələbin ən az olduğu hərrac 6 oktyabrda qeydə alınmış və bu hərracda $56.8 mln.  həcmində xarici valyuta satılmışdı. Ən yüksək isə oktyabrın ikinci dekadasının yarısı $64.7 mln. olmaqla qeydə alınmışdı.43 1

Son xəbərlər
Digər xəbərlər