7 C
Baku
Thursday, December 12, 2024

Olaf Şolts ruslara qarşı sanksiyanın əleyhinə çıxdı

“Ruslara Şengen vizalarının verilməsinin dayandırılması ideyasını düzgün hesab etmirəm”.

Bunu Almaniya kansleri Olaf Şolts mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya vətəndaşlarının hamısına sanksiya tətbiq etmək doğru yanaşma deyil.

“Moskvanın güc mərkəzi”ndən olan insanlara qarşı tətbiq edilən sanksiyaları Almaniya həmişə dəstəkləyəcək. Lakin bu, Putinin müharibəsidir, ona görə də vizaların dayandırılması ideyası ilə razılaşmaqda çətinlik çəkirəm. Bütün ruslara qarşı sanksiyaların tətbiqini haqlı hesab etmirəm”, – deyə Kansler vurğulayıb.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər