14 C
Baku
Thursday, May 16, 2024

Olduqca yüksək gəlir əldə edən, ilk baxışda məzəli peşələr

Ən qeyri adi və yüksək əməkhaqqı ödənilən peşələr siyahısına dondurma dequstatoru da daxil olub

Balzamlayıcı, hot-doq satıcısı və “canlı maniken” ABŞ-da ən qeyri adi və yüksək əməkhaqqı ödənilən peşələr siyahısına daxil olub, bu siyahı mütəmadi olaraq Forbes jurnalı tərəfindən yenilənir. Tam siyahı isə jurnalın saytında dərc olunub.

Forbesin qiymətləndirməsinə əsasən, balzamlayıcının illik əməkhaqqısı orta hesabla 44 min dollar təşkil edir. Hot-doqların satıcıları il ərzində 30 min dollar qazanır, geyimləri nümayiş etdirən “canlı maniken” isə saatda 100 dollar qazana bilir.

Jurnalın siyahısında dondurma dequstatoru da ən çox əməkhaqqı alan peşələr sırasına daxil olub, orta hesabla ildə 56 min dollar, dəfn təşkilatçılarının illik qazancları isə 80 min dollara yaxın olur. Həmçinin alış-veriş üzrə şəxsi köməkçilər (personal shopper) il ərzində 25 min dollar gəlir əldə edir. Kruiz laynerlərində animatorlar isə qida məsrəflərinin qaşılanması ilə bərabər , ayda 3-4,5 min dollar pul qazanırlar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər