20 C
Baku
Saturday, May 25, 2024

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

“Sentry Enterprises” şirkəti dünyada inteqrasiya olunmuş OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartlarını təqdim edib.

Ekran ödəniş terminalı ilə təmasda olduqda aktivləşir və istifadəçiləri əməliyyat barədə məlumatlandırır.

“Radiance” adlanan bank kartları terminalla təmasda olduqda bir saniyəyə aktivləşən OLED-ekranla təmin olunub. Belə bir həll yalnız istifadəçilər üçün əlavə təhlükəsizliyi təmin etmir, həm də bu kartları buraxan bank üçün əlverişli reklam rolunu oynayır. Ekran yerində ödəniş zamanı işıqlanan və qeyri-adi dizaynla ətrafdakıların diqqətini çəkən bank loqotipinin olması bankın daha çox tanınmasına imkan yarada bilər.

OLED displeylərə enerji təchizatı kartdakı NFC modulundan daxil olur. Kart ödəniş terminalına nə qədər yaxın olarsa, quraşdırılmış ekran daha parlaq yanır. Bu, istifadəçiyə kartın ödəniş etmək üçün terminaldan lazımi məsafədə olub-olmadığını anlamağa imkan verir.

Qeyri-adi “Radiance” kartları VISA və MasterCard ödəmə sistemlərini dəstəkləyir, lakin bu kartları ilk olaraq hansı bankların tətbiq edəcəyi barədə məlumatlar hələ açıqlanmır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər