İş adamı Oleq Tinkov əvvəllər sahib olduğu “Tinkoff Bank”dan öz brendini geri çağırır. O, bu barədə “Instagram” sosial şəbəkəsində yazıb. Qeyd edək ki, bir gün əvvəl iş adamı Rusiya vətəndaşlığından imtina etdiyini açıqlayıb.
Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.
Tinkov mülkiyyətçi dəyişikliyindən sonra bankın idarəetmə sistemini tənqid edib. O, bankın yeni sahibinin şərəfinə “Potanin Bank” adlandırılmasını təklif edib.