8 C
Baku
Wednesday, November 6, 2024

Olimpiya medalları haqqında maraqlı faktlar

Yəqin ki, hər bir idman həvəskarını belə bir sual maraqlandırır: olimpiya medallarında nə qədər qızıl var? Maraqlıdır ki, «qızıl» olimpiya medalları 925 əyarlı qızıldan hazırlanıb və altı qram  qızıl örtüyü ilə örtülüb. Bunlar Olimpiyanın Nizamnaməsində qeyd olunub.

İkinci yerə görə gümüş, üçüncü yerə görə isə bürünc medal verirlər. Lakin məlum olduğu kimi  bu standarta hər zaman riayət etmirlər.

Qaliblər yeganə olaraq  1908-ci ildə Londonda keçirilən yay olimpiadasında təmiz qızıldan olan medallarla təltif olunmuşdular. Yarışmaların təşkilatçıları çempionları 583 əyarlı qızıl medalla təltif etmişdilər. Düzdü, medallar kiçik idilər: onların diametri 33 mm. təşkil edirdi.

1896-cı ildə Yunanıstanda keçirilən ilk Olimpiya oyunları yarışmalarında medallar yalnız birinci və ikinci yerləri tutan iştirakçılara verilirdilər. Birinci yerə görə – qızıl ilə örtülmüş gümüş medal, ikinci yerə görə – bürünc medal verirdilər.

Olimpiya mükafatından məhrum olunan ilk iştirakçı amerikalı Cim Trop olmuşdu. Bu yüngül atlet yarışmaçısı 1912-ci ildə Stokholmda iki qızıl medal almışdı. Lakin daha sonra məlum oldu ki, Cim ABŞ-da beysbol komandasında oynayırdı və buna görə az məbləğdə pul alırdı.

Həmin dövrdə professional idmançılara Olimpiya oyunlarında iştirak etmək qadağan edilmişdi. Cim Torp diskvalifikasiya edilir və qazandığı medallardan məhrum olunur.

Yalnız 1983-cü ildə idmançıya olimpiya çempionu adı qaytarılır. Lakin Cim Trop öz medalını həmin günü görə bilmədi. O, 1953-cü ildə vəfat etmişdi.

1936-cı ilin Olimpiya oyunlarında iki yaponiyalı yüngül atlet idmançıları (dirəkdən atlanma üzrə) Süxey Nisida və Sueo Oe eyni nəticəni göstərirlər – 4 m 25 sm. Onlar ikinci və üçüncü yeri tutmuşdular. Atletlər medalı mişarlamaq qərarına gəlirlər və onların hər birində yarım gümüş və yarım bürünc medal qalır.

2012-ci ildə məşhur boksçu Vladimir Kliçko 1996-cı ildə Atlantada keçirilən Olimpiya oyunlarında qazandığı qızıl medalı xeyriyyə üçün hərraca çıxardır. Naməlum alıcı həmin medalı bir milyon dollara alır və hörmət əlaməti olaraq idmançıya onun mükafatını qaytarır.

Soçidə Olimpiya oyunları üçün təxminən 1300 medal hazırlanıb. Həmin mükafatların ağırlığı 460-dan 531 qrama qədər təşkil edir. Maraqlısı ondadır ki, bütün medallar rus mütəxəssisləri tərəfindən və yalnız rus materiallarından hazırlanmışdılar.

Son xəbərlər
Digər xəbərlər