17 C
Baku
Monday, May 20, 2024

Olimpiyada medalları əslində nədən hazırlanır?

Olimpiyadalar zamanı istifadə edilən qızıl medallar əslində yalnızca 1,5% qızıldan ibarətdir. İkinci pillə üçün isə verilən gümüş medallar isə 93% gümüşdən istehsal edilir.

Olimpiyada medallarında qızılın miqdarı hər bir olimpiyada üçün fərqlidir. Məsələn, bütün Olimpiyada oyunları tarixində ən böyük medallar 2012-ci ildə Londonda keçirilən yay olimpiyada  oyunları zamanı verilmişdi. Burada hər bir qızıl medalın çəkisi 400 qram idi – 394 qram gümüş və 6 qram qızıl örtüyü.

Əlbəttə, idmançılar bu medalları açıq hərraclarda baha qiymətə sata bilərlər. Məsələn, kişi xokkey komandasının üzvü Mark Uells 1980-ci ildə qazandığı medalını 2012-ci ildə satdı və 310 700 dollar qazandı. Bu pullar ona çox bahalı müalicəsi üçün lazım idi.

Lakin hər kəsin bəxti belə gətirmir. Məsələn, olimpiya çempionu Entoni Ervin əldə etdiyi məbləği Hind okeanında sunami qurbanlarına verəcəyini söz versə də, medalını yalnızca 17 100 dollara sata bildi. Üzgüçülük üzrə digər bir olimpiya çümpionu medalını bundan da ucuz məbləğə – 11 250 dollara sata bilmişdi.

Qızıl medallar 1,5 faiz qızıldan ibarətdir:

Qızıl medallar heç də həmişə gümüşdən hazırlanmayıb:  1912-ci ilə qədər onlar təmiz qızıldan hazərlanırdı. Lakin qaydalara əsasən, müasir medallardan  çox kiçik idilər. Məsələn, 1900-cü ilin medallarının diametri 59 mm, qalınlığı 3,2 mm idi və 52 qram çəkiyə malik idi. Müqayisə üçün isə qeyd edək ki, 2012-ci ildə keçirilən olimpiyadalarda istifadə edilən medalların diametri 85 mm, qalınlığı 7 mm idi. Bununla yanaşı, keçmiş qızıl medalların dəyəri 2685 dollara yaxın idi. Əgər indi ki qızıl medallar təmiz qızıldan hazırlansaydı onların dəyəri 20 266 dollara bərabər olardı.

Gümüş medallar isə 93% gümüşdən, 7% misdən hazırlanır. Onların dəyəri isə təxminən 330 dollardır. Bürünc medallar isə əsasən misdən və çox kiçik həcmli sink və qalaydan hazırlanır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər