17 C
Baku
Wednesday, May 1, 2024

Oliver Vinçester

Oliver Fişer Vinçester (1810 – 1880) amerikalı sahibkar və kiçik silah istehsalçısı idi. O, 1810-cu il 30 noyabrda Bostonda doğulmuşdu. Atasının vaxtsız ölümü səbəbindən Oliverin uşaqlığı ağır şəraitdə keçmişdir. Erkən yaşlarından o işləməyə məcbur idi və o şəxsi fermalarda, müxtəlif mağazaların anbarlarında işləmişdi. O, həmçinin dülgərlik sənətini də öyrənmişdi. 

1830-cu ildə o Baltimora köçmüşdü və orada tikinti materiallarının çatdırılması ilə məşğul olurdu. Daha sonra 1848-ci ildə Vinçester köynək istehsalını patentləşdirmiş və öz fabrikini təsis etmişdi. Maliyyə sahəsindəki uğurları nəticəsində o 1857-ci ildə “Volcanic Repeating Arms”, “New Haven Arms Company”, 1867-ci ildə isə “Vinçesterin avtomatik dolar silahları” şirkətlərini təsis etdi.

Firma fəaliyyətə “Vulkanik” adlı silahın iki modelinin istehsalı ilə başladı. Bu silahın bəzi parçaları hələ keçmiş zamanlardan mövcud idi. İlk bir il ərzində təxminən 600-ə yaxın nümunə istehsal olunmuşdu. Tədricən o şirkətini dünyanın ən məşhur silah istehsal edən şirkətlərdən birinə çevirdi.

Vinçesterin istehsal etdiyi tüfənglərdən Şimal və Cənub arasında gedən Vətəndaş müharibəsi zamanı geniş istifadə olunmuşdu. Bu silahlar Vinçesterin istehsal etdiyi modellərin bir nümunəsi idi. “Vinçester-73” isə Qərbi Amerika mühacirlərinin ən çox işlətdiyi silah idi. Vinçester “Amerikan avtomatik dolarn silahları”, “Spenserin özüyüklənən silahları” şirkətlərinin patentlərini alaraq öz istehsal etdiyi məhsulların növünü genişləndirirdi.

1860-cı ildə Vinçester ictimaiyyətə yeni daraqlı tüfənglər təqdim etdi. O bu silahları icad edən Benjamin Henrinin şərəfinə “Henri” adlandırmışdır.

XIX əsrin 60-cı illərindən başlayaraq Vinçesterin firması 1873 və 1894-cü ildəki moddellərindən daha məşhur olan tüfənglər və karabinlər istehsal etməyə başladı. Sonuncu modeli Vinçester firması üçün Con Mozes Brauninq tərəfindən hazırlanmışdı. Bu şəxs böyük kalibrli pulemyotlardan tutmuş pistoletlər, həmçinin bir çox silahların klassik növlərinin yaradıcısıdır.

Birinci Dünya Müharibəsi illərində Vinçester Rusiyanı 1895-ci il modelli “Vinçester” tüfəngləri ilə təmin edirdi. Bu tüfənglər xüsusi olaraq rus patronlarına uyğun modifikasiya olunmuşdu.

Oliver Vinçester həmçinin xeyriyyəçi kimi də məşhur idi. O müxtəlif universitetləri, ictimai və akademik təşkilatları maliyyələşdirirdi. Ən böyük köməyi o, Yel universitetinə göstərmişdi. Bu Konnektivut ştatında, Nyu-Xeyvan şəhərində yerləşən özəl universitet idi və ABŞ-ın ən qədim universitetlərindən hesab olunur.

Bundan başqa, Vinçester siyasətlə də yaxından maraqlanırdı və hətta onu Konnektivut ştatının vitse-qubernatoru da seçmişdilər.

Oliver Vinçester 1880-ci il, 11 dekabrda Nyu-Xeyvanda zənginlik, ətrafındakı insanların şərəf və böyük hörmət hissləri içərisində vəfat etmişdir.

Bizim dövrümüzdə kompyuterlərin sərt diskini “vinçester” adlandırırlar. Bu firmanın ilk İBM “30^30” (30 saniyəyə 30 meqabayt) diskinin buraxılışı ilə əlaqədar idi. Vinçesterin yaratdığı 0,3 kalibrli tüfəngi də belə adlanırdı və beləcə bu sinonim yaranmışdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər