24 C
Baku
Çərşənbə, Dekabr 1, 2021

Ölkə ərazisində ödənişlər zamanı QR koddan istifadəyə dair metodoloji rəhbərlik təsdiqləndi

Mərkəzi Bank tərəfindən ölkədə rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi, ödəniş ekosistemində innovativ, sürətli və təmassız ödəniş həllərinin aktiv tətbiqi və onlar arasında qarşılıqlı inteqrativliyin təmin edilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilməkdədir.

Bu barədə Banker.az-a AMB-dən bildirilir.

Bu istiqamətdə aparılan işlər çərçivəsində Azərbaycan Respublikası ərazisində QR kod vasitəsi ilə təqdim olunan ödəniş xidmətlərinin effektivliyinin artırılması, habelə qarşılıqlı uyğunluğun təmin edilməsi məqsədi ilə “Azərbaycan Respublikası ərazisində ödənişlər zamanı QR koddan istifadəyə dair Metodoloji Rəhbərlik” (Metodoloji Rəhbərlik) hazırlanaraq Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilmişdir.

Metodoloji Rəhbərlik bir çox aparıcı ölkələrin təcrübələri, həmçinin Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyasının təklifləri nəzərə alınmaqla hazırlanmışdır. Eyni zamanda, Azərbaycan Respublikasında ümumi istifadə üçün nəzərdə tutulan QR kodun tərtibatı ödəniş sahəsi üzrə nüfuzlu EMVco təşkilatının təsərrüfat subyekti tərəfindən təqdim olunan QR kod üzrə standartlara uyğunlaşdırılmışdır.

Metodoloji Rəhbərlikdən irəli gələn tövsiyətlərin tətbiqi ölkədə banklar və bank olmayan ödəniş təşkilatları tərəfindən təqdim olunan QR ödənişlərinin standartlaşdırılmasını, təmassız ödənişlərin genişlənməsini və bununla da iqtisadi subyektlər üçün daha əlverişli ödəniş həllərinin təqdim edilməsini təmin edəcəkdir.

Azərbaycan Respublikası ərazisində ödənişlər zamanı QR koddan istifadəyə dair Metodoloji Rəhbərlik

Son xəbərlər
Oxşar xəbərlər
X