19 C
Baku
Sunday, May 19, 2024

Ölkə başçıları: kim və nəyə görə dustaq həyatı keçirib?

Bu məqalədə biz sizə həm hökmdarlığın sevincini, həm də dustaq həyatının bütün acılarını dadmış məşhur ölkə başçılarının siyahısını təqdim edəcəyik. 

1. Vladimir İlyiç Lenin (1917-1924-cü illərdə RSFSR Xalq Komissarları Şurasının ilk sədri):

1375644452_1

Lenin işçi təbəqəsi arasında fəal təbliğat fəaliyyəti ilə məşğul olurdu. O, 70-dən çox broşurlar dərc etmişdi. 1895-ci ilin dekabr ayında Lenin həbs olunur, 1 ildən  çox həbsxanada saxlanılır və 1897-ci ildə Yenisey quberniyasının Şuşensk kəndinə 3 il müddətinə sürgün edilir.

Birinci dünya müharibəsi başlanan zaman Lenin Avstro-Macarıstan ərazisində, Pironində yaşayırdı. Buraya o, 1912-ci ilin sonunda gəlmişdi. Rusiya ölkəsinə cəsusluqda şübhələndiyi üçün Lenin Avstriya jandarmı tərəfindən həbs edilir. O,  Avstriya parlamentinin sosialist deputatı V. Adlerin köməyi ilə azad olunur. 1914-cü ilin 6 avqustunda Lenin həbsxanadan çıxır.

2. İosif Stalin (1946-1953-cü illərdə SSSR-in Nazirlər Şurasının ilk sədri):

1375644456_2

Stalin 6 dəfə həbs olunub. Yalnız birinci dəfə o, siyası motivlər əsasında həbs edilmişdi. Digər həbs hallarının səbəbi isə xuliqanlıq olub. Partiyanın xeyrinə görə ideya döyüşçüsü Stalin pul mükafatı alaraq hücumlar, basqınlar, soyğunlar təşkil edirdi… Stalin dostu Kamo ilə birlikdə Tiflisdə əsrin soyğununu gerçəkləşdirərək o dövrdə fantastik bir məbləğdə, dörddə bir milyon rubl oğurlamışdı. Daha sonra isə Stalinin dəstəsi  Bakıda bütün neftçiləri qorxu içərisində saxlayırdı.

Stalinin «yaradıcılığının» zirvəsi «İmperator Birinci Nikolay» gəmisinə basqını olmuşdu.

3. Adolf Hitler (1933-1945-ci illərdə Üçüncü Reyxin ilk kansleri):

1375644500_3

1923-cü ilin 8-9 noyabrında Münxen inqilabçılarının təşkilinə görə 1923-cü ilin noyabrından 1924-cü ilin dekabrınadək Landserq həbsxana qəsrində dustaq həyatı yaşayıb. Hitler həbsxanada rahat şəraitdə saxlanılırdı, onun həbsxana otağını digər dustaqlar təmizləyirdilər, o, daim ziyarətçi qəbul edirdi. Həbs edildiyi müddət ərzində Hitler «Mənim mübarizəm» adlı kitabını diktə etmişdi (öncə katib Emil Morisə, daha sonra isə Gessaya).

4. Fidel Kastro (1976-2008-ci illərdə Kubanın Ali Şurasının sədri):

1375644508_4

1953-cü ilin 25 iyulunda 26 yaşlı Fidel  Kastro diktator Batistanı devirmək üçün cəhdlərin gerçəkləşdiyi dövr ərzində Kubada, Santyaqoda Maonkada kazarmasına hücuma başçılıq etmişdi. Kastronun tərəfdaşları döyüşü uduzurlar, lakin Kastro geri çəkilməyi və kəndlərin birində gizlənməyi bacarır. Avqustun 1-i Kastronu tapırlar və həbs edirlər. Məhkəmədə öz xeyrinə ifadə verəndə Kastro belə demişdi: «tarix mənə haqq qazandıracaq». Lakin o, 15 il həbs həyatına məhkum olmuşdu.
Yenidən seçilmiş Batista artıq üsyançıların bir təhlükə kəsb etmədiklərini düşünərək 1955-ci ildə Kastronu amnistiya etmişdi. Dörd ildən sonra Kubada hökumət dəyişir.

5. Nelson Mandela ( 1944-1999-cu illərdə CAR Prezidenti (ilk qara dərili prezident)  

1375644511_5

1962-ci ilin 5 avqustunda 17 aydır ki, gizlənən Mandela həbs olunur və Yoxannesburq həbsxanasına göndərilir.
Məhkəmədə Mandela 1961-ci ildə işçilərin üsyanının təşkilində və dövlət sərhədini qeyri-qanuni keçməkdə günahlandırılmışdı. 1962-ci ilin 25 oktyabrında o, 5 il həbs cəzasına məhkum edlimişdi.
1964-cü ilin 12 iyununda Mandelanın və onun tərəfdaşlarının cəza meyarı dəyişdirilir və onlar ömürlük həbs cəzasına məhkum olunurlar. Mandela həbs cəzasını Robben adasında çəkirdi. Burada o, 27 il dustaq həyatının 18 ilini keçirmişdi.
Təknəfərlik həbs otağında dustaq həyatını yaşayan Mandela dünya şöhrəti qazanır.
Mandelanın xatirələrinə görə, D-qrup dustağı olduğu üçün onun yalnız altı aydan bir bir dəfə məktub almağa və bir dəfə ziyarətçi qəbul etməyə haqqı var idi.

6. Uqo Çaves (1999-2013-cü illərdə Venezuellanın prezidenti):

1375644441_6

1992-ci ilin 4 fevralında Uqo Çavesin başçılığı altında hərbi dəstələr paytaxt Karakasın küçələrinə çıxırlar. Üsyançılar hökumətin işğalını deyil, onun yenidən təşkilini və Qurucu Məclisin yaradılmasını planladıqlarını bəyan etmişdilər.

4 fevral tarixində, günorta Uqo Çaves hökumətə təslim olur, öz tərəfdaşlarını silahlarını yerə qoymağa çağırır və bu əməliyyatın təşkili üzrə bütün mənsuliyyəti öz üzərinə götürür. Uqo Çavesin həbs olunma prosesi canlı efirdə yayımlanırdı və podpolkovnik Çaves özünün və onun tərəfdaşlarının silahlarını yalnız bu dəfə onların qarşılarına qoyduqları məqsədə çata bilmədikləri üçün və qan tökməyin qarşısını almaq üçün yerə qoyduqlarını, lakin onların mübarizələrinin hələ davam edəcəyini bəyan etmişdi. Çaves və onun bir sıra tərəfdaşları həbsxanaya düşürlər. Uqo Çaves həbsxanada 2 il dustaq həyatı yaşayır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər