15 C
Baku
Tuesday, September 27, 2022

Ölkə sənayesi: Neft sektoru 5% kiçilib, qeyri-neft 14% böyüyüb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-avqust aylarında ₼24.7 milyardlıq məhsul istehsal edilib.

Bu barədə Banker.az Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən bildirir.

Bu da, öncəki ilin müvafiq dövrü ilə müqayisədə 3.1% az sənaye məhsulu istehsal edilməsi deməkdir.

DSK bildirir ki, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 4.9% azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 13.6% artmışdır.

Tarix İstehsal mlrd. ₼
Yanvar 4.2
Fevral 3.5
Mart 2.9
Aprel 2.4
May 2.5
İyun 2.9
İyul 3.2
Avqust 3.1

 

Sənaye məhsulunun 60.7%-i mədənçıxarma sektorunda, 33.1%-i emal sektorunda, 5.3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0.9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7.2% azalmış, əmtəəlik qaz hasilatı isə 12.2% artmışdır.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 9.5 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2.3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 96.4%, sair nəqliyyat vasitələrinin istehsalı 63.0%, maşın və avadanlıqların istehsalı 50.4%, ağacın emalı və ağacdan məmulatların istehsalı 39.5%, tütün məmulatlarının istehsalı 38.7%, kompüter, elektron və optik məhsulların istehsalı 36.8%, geyim istehsalı 32.0%, kağız və karton istehsalı 30.6%, rezin və plastik kütlə məmulatlarının istehsalı 23.3%, kimya sənayesi məhsullarının istehsalı 13.4%, poliqrafiya məhsullarının istehsalı 11.9%, toxuculuq sənayesi məhsullarının istehsalı 4.7%, elektrik avadanlıqlarının istehsalı 3.4%, neft məhsullarının istehsalı 2.2% artmış, qida məhsullarının istehsalı 0.8%, tikinti materiallarının istehsalı 1.8%, hazır metal məmulatlarının istehsalı 3.8%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 6.3%, içkilərin istehsalı 9.0%, mebel istehsalı 19.3%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44.6% azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 9.7% artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1.7% azalmışdır.

Son xəbərlər
Oxşar xəbərlər