28 C
Baku
Saturday, July 27, 2024

Ölkə üçün rəqəmsal texnologiyalar üzrə mütəxəssislər hazırlanmasına dəstək

®bp və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru
Kəməri layihələrindəki tərəfdaşları – “SOCAR”, “TPAO”, “LUKOİL”, “NİCO”, “MOL”,
“Equinor”, “SGC”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “TotalEnergies”, “Eni”,
“ONGCVidesh” – 2020-ci ildə qoşulduqları ABB Tech Akademiyası layihəsini uğurla
tamamlayıblar.

Layihə çərçivəsində iqtisadiyyatın müxtəlif sektorlarından ümumilikdə 208 nəfərə təlim
verilməklə onların informasiya texnologiyaları (İT) sahəsindəki səriştələri, ümumi texnoloji
bilik və bacarıqları inkişaf etdirilmişdir ki, bu da onların sürətlə dəyişən texnologiya
dünyası ilə ayaqlaşmalarına imkan yaradır. Bu iştirakçılardan 150 nəfərinin təlimi bp və
onun tərəfdaşları və ABB tərəfindən birgə maliyyələşdirilib.

Layihə müddəti ərzində 50-dən çox yerli və beynəlxalq təşkilatı, o cümlədən ABB-ni və
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Ali
Neft Məktəbi, UNEC və s. kimi müxtəlif universitetləri təmsil edən iştirakçıları əhatə
etməklə ümumilikdə doqquz qrup təklif olunmuşdur.

ABB-nin təşəbbüsü ilə həyata keçirilən bu layihənin məqsədi innovativ düşünəcək,
gələcəyin texnologiyalarına doğru səyləri istiqamətləndirəcək və texnoloji sıçrayışlara
töhfə verəcək yeni nəsil mütəxəssislər yetişdirməklə yerli İT bazarının inkişafına dəstək
verməkdir.

İyulun 22-də layihənin uğurla tamamlanmasını qeyd etmək və ölkədəki texnologiya
mütəxəssisləri icmasına qoşulan bütün məzunlara uğurlar arzulamaq məqsədilə tədbir
keçirildi.

bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar
Aslanbəyli dedi: “Bu layihə bizim ən çox sevdiyimiz layihələrdən biridir, çünki o, bp və
tərəfdaşlarının Azərbaycanda ümumi potensialın gücləndirilməsinə dəstək vermək
öhdəliyinə tam uyğun gəlir. Layihə həmçinin bp-nin öz rəqəmsal transformasiya səylərinə
də uyğundur. bp-də “xalis sıfır” emissiya məqsədlərimizə nail olmaq və inteqrasiyalı enerji
şirkətinə çevrilmək üçün gördüyümüz hər bir işin əsasını innovasiya və rəqəmsal həllər
təşkil edir.

Biz ABB-yə bu möhtəşəm təşəbbüsə qoşulmaq üçün imkan yaratdığına görə təşəkkür
etmək istəyirik və inanırıq ki, bu təşəbbüs ölkənin Dayanıqlı İnkişaf Məqsədlərinə nail
olmaq üçün göstərdiyi səyləri dəstəkləyən yüksək ixtisaslı rəqəmsal texnologiya
mütəxəssislərinə olan tələbatı ödəməyə kömək edəcək.”

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirdi: “Ölkəmiz üçün yüksək ixtisaslı
mütəxəssislərin hazırlanmasına dəstəyimizlə cəmiyyətimizin inkişafına töhfə verməyə
çalışırıq və korporativ dəyərlərimizə sadiqlik göstəririk.

ABB Tech Akademiyası ABB-nin hər zaman qürur duyacağı layihələrdən olacaq. Çünki bu
Akademiya yüzlərlə Azərbaycan gəncinin uğur yolunun başlanğıcına çevrilib. Sürətlə
rəqəmsallaşan biznesin ehtiyacları üçün burada peşəkar kadrlar yetişdirilərək əmək
bazarına təqdim olunur. Tərəfdaşlarımızla birgə burada təhsil imkanlarını bütün istedadlı
gənclərimiz üçün əlçatan edirik. İştirakları ilə bu layihəyə xüsusi dəyər qatdıqlarına görə
bp və tərəfdaşlarına minnətdarlığımızı bildirirəm”.

ABB Tech Akademiyası İT peşəkarlarının təlim mərkəzi olan «DAN IT education»
tərəfindən hazırlanmış metodologiyaya əsaslanır və kodlaşdırmanın əsas sahələrini əhatə
edən intensiv təlim proqramları təqdim edir. Təhsil proqramı İsrailin İT mütəxəssisləri
üçün təlim metodu (Telem) əsasında hazırlanıb.

bp və tərəfdaşlarının iştirak etdiyi layihənin ümumi dəyəri 400 000 AZN (235 300 ABŞ
dolları) təşkil edir. Bu məbləğin 200 000 AZN-i bp və tərəfdaşları tərəfindən təmin olunub
və qalan 200 000 AZN isə ABB tərəfindən maliyyələşdirilib.

0S5A5294 scaled

0S5A5348 scaled

0S5A5391 scaled

Son xəbərlər
Digər xəbərlər