28 C
Baku
Saturday, July 27, 2024

Ölkə üzrə bütün subarteziyan quyularını bu şirkət qazmalı olacaq

Son bir ay ərzində rayonlar üzrə subarteziyan quyularının qazılması ilə bağlı Prezidentin imzaladığı sərəncamların icrasını həyata keçirəcək şirkət bilinib.

Banker.az xəbər verir ki, bu işin icrası səlahiyyətinə malik olan “Azərbaycan Meliorasiya və Su Təsərüfatı” ASC bununla bağlı “Azərtranss” Məhdud Məsuliyyəti Cəmiyyəti ilə 3 531 000 manatlıq müqavilə imzalayıb.

Müqaviləyə əsasən, “Azərtrans” şirkəti Ağstafa rayonunda 10 quyu, Tovuz rayonunda 18 quyu, İsmayıllı rayonunda 10 quyu, Ağsu rayonunda 3 quyu, Ağdaş rayonunda 2 quyu, Cəlilabad rayonunda 12 quyu, Masallı rayonunda 10 quyu, Lerik rayonunda 1 quyu, Biləsuvar rayonunda 2 quyu, Yardımlı rayonunda 1 quyu, Şabran rayonunda 3 quyu, Qusar rayonunda 9 quyunu qazmalı olacaq.

“Azərtrans” 2010-cu ildən Şəmkir rayon 14 saylı Ərazi Vergilər İdarəsində ƏDV ödəyicisi kimi qeydiyyatdadır. Cəmi 20 manatlıq nizamnamə kapitalına malikdir.

Son xəbərlər
Digər xəbərlər