36 C
Baku
Tuesday, August 16, 2022

Ölkədə 211 milyon manat kimya sənayəsi məhsullarının istehsalına sərf olunub

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 211.6 milyon manatlıq məhsul istehsal olunub.

Banker.az Dövlət Statistika Komitəsinin hesabatına istidanə xəbər verir ki,illik  müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 9.6 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında 45.3%, kimya sənayesində isə 6.5% artıb.

Məlumata görə, əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 2.2 dəfə, polietilen istehsalı 21.2%, etilen istehsalı 20.8% artıb. Rezin və plastik kütlə məmulatlarından plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı 6.7 dəfə, bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 13.8%  artıb.

Son xəbərlər
Oxşar xəbərlər