26 C
Baku
Friday, April 19, 2024

Ölkədə avtonəqliyyat vasitələrinin 70%-i köhnədir

Hazırda ölkə üzrə avtonəqliyyat parkının 70 faizini yaş həddi 10 ildən artıq olan və istismar üçün müasir standartlara cavab verməyən avtonəqliyyat vasitələri təşkil edir.

Bu barədə açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
Qurum rəsmisi bildirib ki, ötən ilin statistik məlumatlarına əsasən respublikada avtonəqliyyat parkının 77 faizi yaş həddi 10 ildən artıq olan və istismar üçün müasir standartlara cavab verməyən avtonəqliyyat vasitələrindən ibarət idi.

“Ötən ilin avqust ayında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən daşıyıcılar qarşısında avtonəqliyyat parkının yenilənməsinə dair tələb qoyuldu və bu tələbə əsasən hazırda statistik rəqəm 70 faizə enib. Nəzərə alsaq ki, daşıyıcılar önündə qoyduğumuz tələb 5 illik müddəti ehtiva edir, növbəti 4 il ərzindən avtonəqliyyat vasitələrinin müasir standartlara cavab verəcək səviyyədə sərnişinlər üçün xidmətə təqdim edilməsi nəzərdə tutulub. Artıq son 1 ildə Quba, Şamaxı, Mingəçevir və Lənkəran şəhərlərində bu istiqamətdə tədbirlər görülüb”.

Son xəbərlər
Digər xəbərlər