3 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

Ölkədə banklar aqrobiznesdən niyə yararlana bilmir? – Palata səbəbi deyir

Azərbaycanda “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsi çərçivəsində müvəkkil banklar üçün kredit xətlərinin açılmasının innovativ maliyyə dəstəyinin göstərilməsi baxımından nəticəliliyi aşağı səviyyədə olub.

Banker.az xəbər verir ki, bu barədə Hesablama Palatasının AKİA tərəfindən həyata keçirilən “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi üzrə müəyyən olunmuş hədəflərə nail olunma səviyyəsinin səmərəliliyinə dair audit hesabatında deyilir.

Layihə çərçivəsində kənd təsərrüfatı sahəsinin kreditləşməsində innovativ maliyyə dəstəyinin tətbiq olunmaması, həmçinin eyni təyinatlı kredit məhsulları üzrə təklifin alternativlərinin daha əlverişli olması bu istiqamət üzrə nəticəliliyə mənfi təsir etmişdir.

Palatanın açıqlamasında deyilir ki, ölkədə kənd təsərrüfatı sahəsinin güzəştli (Layihədən daha aşağı faizlərlə) kreditlərlə maliyyələşdirilməsini həyata keçirən Sahibkarlığın İnkişafı Fondu (bundan sonra – SİF) və AKİA kimi digər dövlət qurumları mövcuddur.

Layihə çərçivəsində həyata keçirilmiş tədbirlərin maliyyə institutlarının potensialının gücləndirilməsinə töhfəsi əhəmiyyətli olmayıb.

Ölkənin bank sektorunun fəaliyyəti üzrə, o cümlədən kredit müddətlərinin uzunmüddətli olmaması kommersiya kredit faizlərinin həddindən artıq yüksək olması, banklarda müvafiq sahə üzrə dar ixtisaslaşmış kadrların çatışmazlığı, fiziki şəxslərin gəlirləri üzrə hesabatlılığın olmaması, fermerlərin təşkilatlanma (birləşmə və ya birgə fəaliyyət göstərmə) meylinin zəif olması, fermerlərin istehsal etdiyi məhsulların satış bazarlarına çıxarılmasına və satışına banklar tərəfindən əməkdaşlıq edərək dəstək verilməməsi, ölkənin kənd təsərrüfatı sahəsində qabaqcıl təcrübələrə əsaslanaraq, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə biznesin maliyyələşdirilməsi, kreditləşmə üzrə risklərin minumuma endirilməsi, etibarlı, güvənli bank-sahibkar mühitinin yaradılması, inkişaf etdirilməsi, bankların likvidliyinin daha etibarlı təmin edilməsi, bu proseslərə aktiv qoşulması və dəstək göstərməsinin yaxın dövrdə kifayət qədər ümidverici görsənmədiyini deməyə əsas vermişdir.

Son xəbərlər
Oxşar xəbərlər