24 C
Baku
Monday, April 29, 2024

Ölkədə dollara tələb son 6 ayın minimumuna niyə düşdü? — Mərkəzi Bankdan açıqlama

BANKER.AZ — Artıq fevralın hərraclarında banklar tərəfindən xarici valyuta olan tələbin əvvəlki üç aylardakı göstəricilərlə müqayisədə bir qədər düşdüyü müşahidə edilir. Ölkədə sərt karantin rejimində dollara tələb, yumşalmış karantindən daha çox olması maraq doğurur.

Azərbaycan Mərkəzi Bankda suveren fond ARDNF manatın qorunmasına görə, cəmi 56.1 mln. manat həcmində xarici valyuta satdı. Ötən ilin dekabr və cari ilin yanvar ayında dollar/manat cütlüyünün “lövbər” məzənnəsinin mümkün dəyişmə imkanlarının mediada müzakirəsi, hərraclara tutarlı təsir edə bildi. Nəticə olaraq iki hərracda 240 milyon dollar üzərində dollar satışı həyata keçirilmişdi. İlk gündə AMB açıqlama verərək, bu “gərginliyi” müvəqqəti adlandırdı və məzənnənin dəyişməsi ilə bağlı heç bir əsasın olmadığını bildirmişdi.9218039182

Yanvar ayı ərzində  644.5 milyon dollar həcmində valyuta satılmışdı ki, bu da son dövrün ikinci ən çox dollar satılan ayı olduğu deməkdir.

SON 6 AYIN MİNİMUMU

Hazırda isə fevral ayı üzrə ilk dörd hərracda cəmi  233.4 milyon dollar xarici valyuta satılıb. Sonuncu dəfə bu qədər aşağı avqust ayının ilk hərraclarında rast gəlinir. Avqust ayında ilk 4 hərracda  227.2  milyon dollar satılmışdı. Həmin müddətdən sonra ölkədə sərt karantin rejimi və 44 günlük müharibəyə rəğmən artım dinamikası ilə irəliləmişdi.

Banker.az-ın bu bazar üzrə mənbələrdən aldığı məlumata görə, ölkədə banklar hələ də dolların satışına limit qoyması artıq konvertasiya etmək istəyənlər üçün şərait o qədər də əlverişli deyil. Mənbələr bildirir ki, ölkədə dolların alışının azalmasını dəstəkləyən digər bir alət isə hazırda ölkəmizin əsas hissəsi olan neftin qiymətinin artıq 59-62 intervalında dəyişməsidir.

324233 1

Bir qədər də əhalinin ilin əvvəlki günlərində fərqli olaraq dollar/manat valyuta cütlüyünün 1.7000 səviyyəsində lövbər salmış məzənnəsinin dəyişəcəyi ilə bağlı hansısa əsası yoxdur.

MƏRKƏZİ BANK BUNA NƏ DEYİR?

Azərbaycan Mərkəzi Bankı Banker.az-ın fevralda ölkə banklarının xarici valyutaya (dollara) olan tələbinin bu qədər azalmasının nədən baş verməsinə cavab olaraq bildirib ki, “dünyada COVID-19 virusuna qarşı aktiv vaksinasiya proqramlarının həyata keçirilməsi nəticəsində əhalinin və biznes subyektlərinin gözləntilərinin yaxşılaşması”nı əsas gətirib.

“Beynəlxalq əmtəə bazarlarında neftin qiymətinin artması, tərəfdaş ölkələrin milli valyutalarının məzənnəsində müsbət dinamika, cari ildə də Dövlət Neft Fondunun transfertlərinin əhəmiyyətli həcmdə olması, dünyada COVID-19 virusuna qarşı aktiv vaksinasiya proqramlarının həyata keçirilməsi nəticəsində əhalinin və biznes subyektlərinin gözləntilərinin yaxşılaşması onsuz da tarazlı olan valyuta bazarında sabitliyi dəstəkləmişdir. Bu da valyuta hərraclarında tələbin azalması ilə nəticələnmişdir. Belə ki, fevral ayının ötən dövründə orta tələb 58,3 milyon dollar, 11 fevral tarixli hərracda isə 56.1 milyon dollar təşkil etmişdir”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər