18 C
Baku
Wednesday, April 17, 2024

Ölkədə elektrik avtomobillərin icbari sığortalanmasında qanuni boşluq – Bu necə hesablanır?

Hökümət 2022-ci ildən başlayaraq Azərbaycanda elektrik avtomobilləri parkının genişlənməsi məqsədilə bir sıra stimullaşdırıcı addımlar atmağa başladı. Başlıca hadisə kimi idxal olunan avtomobillər üçün ƏDV-nin ləğv edilməsini göstərmək olar.

Lakin hazırda e-avtomobil əldə etmək istəyənlərə aydın olmayan məsələ qalmaqdadır: elektrik mühərrikli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası hansı qaydada hesablanır?

Hazırkı qanunvericiliyə əsasən, minik avtomobilləri üçün mühərrik həcmi 1500 kub sm-ədək illik ödəniş 50 manat, 1 501-2 000 kub sm-ə 75 manat, 2 001-2 500 kub sm-ə 100, 2 501-3 000 kub sm-ə 125, 3 001-3 500 kub sm üçün 150 və s. kimi hesablanır. Elektrik avtomobillərdə isə mühərrik həcmi yalnız elektriklə çalışdığı üçün 0 kub-sm götürülür.

Təsəvvür edin, bir şəxs əldə etdiyi elektrik mühərrikli minik avtomobilinin icbari sığortasını etmək istəyir. O, buna görə sığorta şirkətinə 150 manatdan çox illik ödəniş etmək məcburiyyətindədir.

BU MÜBAHİSƏ PREDMETİ OLA BİLƏR

Sığorta üzrə ekspert İlkin İbrahimov bildirir ki, həmin e-avtomobillər digər mühərrik həcmi olan avtomobillərə uyğun sığortalandığı üçün ortada çox yüksək rəqəm qeydə alınır: “Hesab edirəm ki, qanunvericilikdə bununla bağlı dəyişiklik olmalıdır. Ondan sonra hər şey qaydasına düşəcək”.

İlkin İbrahimova görə, bu hesablanma qaydası mübahisə predmeti ola bilər: “Çünki icbari sığorta haqlarını müvafiq qurum nəzarətedici qurum – Mərkəzi Bank təklif verir, Nazirlər Kabineti isə təsdiq edir. Hazırda elektromobillərlə bağlı belə bir qərarın olmadığını güman edirəm”.

Vaxtı ilə iri sığorta şirkətinin idarə heyətində çalışmış Əli Bayramov Banker.az-a açqlamasında bildirir ki, bu, qanunvericilikdə tam əksini tapmasa da, at gücünə uyğun tərtib edilir.

“Qanunla və qanuna uyğun qaydalar mövcuddur. Orada da açıq-aşkar göstərilib. Amma görünən budur ki, İcbari Sığorta Bürosu bu vasitələr ilə bağlı bir yanaşma ortaya qoyub. Burada bəzi şirkətlər artıq sistemə daxil edildikdə avtomatik olaraq icbari avtosığorta hesablanır və rahat şəkildə şəhadətnaməni buraxa bilirlər”.

RƏSMİ ORQAN NƏ DEYİR?

Banker.az suala cavab kimi hazırda mandatında bu səlahiyyət olan Mərkəzi Banka sorğu ünvanladı. AMB-ninbaş direktoru Ziya Əliyev də, e-avtomobillərin icbari sığortası ilə bağlı qanunvericilikdə hər hansı qayda olmasa da,  hesablamanın at gücü müəyyən olduğunu bildirdi.

“Hazırda bu – əvvəllər requlyativ orqan olan Maliyyə Nazirliyin müvafiq qaydaları var. Orada müəyyən əmsallar müəyyən edilib. E-avtomobillərinin mühərrik həcmi olmadığı üçün onların at güclərinin əmsallarına uyğun konvertasiya olunur. Həmin konvertasiya əsasında da bu mühərrik həcminə uyğun avtomobillərlə uyğun həyata keçirilir”.

Baş direktorun sözlərinə görə, bununla bağlı requlyatora və İcbari Sığorta Bürosuna çoxlu suallar daxil olur.

Ziya Əliyev qeyd edib ki, elektrik avtomobillərin icbari sığortalanmasının tənzimlənməsi mövcud trendə uyğunlaşdırılaraq də müsirləşdirilməsinə, təkminləşdirilməsinə ehtyac var.

“Digər ölkələrin tətbiq etdiyi tənzimləmə və qaydalarını yaxından öyrənmişik. İcabri sığortanın islahatları çərçivəsinə də bu məsələyə daxil edilib. Yaxın müddətdə yeni qaydalar nəzərdə tutulacaq” – deyə, Z.Əliyev deyib.

 

Son xəbərlər
Digər xəbərlər