30 C
Baku
Sunday, July 14, 2024

“Ölkədə hava şəraitinin kəskin soyuması ilə əlaqədar qaz istehlakı artıb”

Mayın 18-də Azərbaycanda hava şəraitinin kəskin soyuması ilə əlaqədar olaraq “Azəriqaz”ın boru xətlərinə ümumi sutkalıq 13 milyon 431 min kubmetr qaz qəbul edilib.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Rasim Əhmədovun sözlərinə görə, bu, 2022-ci ilin eyni gününün göstəricisindən 2 milyon 249 min kubmetr artıq qaz qəbulu deməkdir: “Ötən ilin eyni günündə “Azəriqaz”ın boru xətlərinə 11 milyon 153 milyon kubmetr qaz qəbul edilib”.

O qeyd edib ki, ötən gün qəbul edilən təbii qazın 9 milyon 249 min kubmetri və ya 69 %-i Bakı şəhəri və Abşeron yarımadası üzrə, 4 milyon 182 min kubmetri və ya 31 %-i regionlar üzrə qəbul edilib”.

R.Əhmədov bildirib ki, havanın iqlim normasından aşağı düşməsi nəticəsində həftə ərzində ən yüksək rəqəm mayın 14-15-də qeydə alınıb: “Mayın 15-də “Azəriqaz”ın boru xətləri ilə ümumi qəbul 17 milyon 178 min kubmetr qaz qəbul edilib. Mayın 15-də mayın 14-ü ilə müqayisədə qəbul edilən təbii qazın 11 milyon 552 min kubmetri Bakı şəhəri və Abşeron yarımadası üzrə, 5 milyon 626 min kubmetr və qaz isə regionlar üzrə qəbul edilib. Bu, ötən ilin eyni gününün göstəricisindən 5 milyon 547 min kubmetrdən artıq qaz qəbulu deməkdir”.

O qeyd edib ki, tələbatdan asılı olaraq orta həcmli qaz kəmərləri üzərində qaz təzyiqləri tənzimlənib bə tələbata uyğun olaraq texnoloji rejim saxlanılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər