Ölkədə iki ayda əməkhaqqı kartları 21 min azalıb

Azərbaycanda 1 aprel 2020-ci il tarixində ümumi bank kartlarının sayı  7 milyon 855 min ədədə çatıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu kartların 2 milyon 754 min ədədi sosial kartlar 2 milyon 334 min ədədi əməkhaqqı karları 1 milyon 837 min ədədi digər və 930 min ədədi isə kredit kartları təşkil etmişdir.

Ölkədə əməkhaqqı kartlarının sayı son ay (martda) 13 min, fevral ayının əvvəli ilə müqayisədə isə 21 min ədəd azalma müşahidə edilmişdir.