Ölkədə iki böyük şirkət arasında borc qalmaqalı sülh sazişi ilə bitib

Gobustone

“Gobustone”nin istehsaçlı zavodu “AAC” Azərbaycanın milyonluq kapitalı olan “NeftYolTikintiTəmir” açıq səhmdar cəmiyyətini 286 min manat borca görə məhkəməyə vermişdi.

Banker.az xəbər verir ki, zavod, və ya qanuni adı ilə desək “AAC” məhdud məsuliyyətli cəmiyyət Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, bu borcun geri qaytarılmasını tələb etsə də, sonradan aralarında güzəşt əsasında razılığa gəliblər.

İddiaçı qismində olan “AAC”nin Baş direktoru Ağasəməd Əfəndiyev və “NeftYolTikintiTəmir”in İdarə Heyətinin sədri Mustafa Nustafayev arasında 19 fevral 2020-ci il tarixində saziş bağlanıb. Sazişə əsasən zavod sahibi ümumi borca əlavə edilmiş  22 min manatlıq dəbbə pulunu “NeftYolTikintiTəmir”ə güzəştə gedib.

Zavod, Gobustone məhsulları

Kommmersiya Məkəməsinin iştirakı ilə baş tutuan bu sazişə əsasən “NeftYolTikintiTəmir”  zavodun sahibinə 210 min manata yaxın məbləğdə olan bu borcu 2020-ci ilin fevral ayından başlamaqla 4 aya ödəməli olacaq ki, aylıq 53 min manatlıq  vəsait deməkdir.

AAC zavodu Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir və illik istehsal gücü 180 min kubmetr qazobeton blokudur.

“AAC” şirkəti “Gobustone” markası altında məsaməli beton bloklar və əhəng istehsal edir. 2008-ci ildə yaradılan bu şirkətin hazırda nizamnamə kapitalı 278,5 min manatdır.

“NeftYolTikintiTəmir” ASC isə 2001-ci ildən fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 1,05 mln. manatdır. Ölkənin ən çox sahmdarı (çoxluq baxımdan) olan ASC sayılır. Belə ki, son məlumata görə, bu səhmdar cəmiyyətin 1238 səhmdarı var.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları