8 C
Baku
Friday, March 29, 2024

Ölkədə işçilərin işdən azad etməyin asan yolu

Ölkədə işçilərin işdən azad etməyin asan yolu, öz ərzəsi ilə işdən çıxarmaqdır. Mənə gələn çoxsaylı müraciətlərin nəticəsi göstərirki, işçinin işdən azad etməyin ən rahat yolu işçini işdən öz ərzəsi ilə çıxarmağa vadar etməkdir. Belə olan halda işçi müavinat almaqdan məhrum olunur. Hətta bəzi büdcə təşkilatlarında da, belə hallara rast gəlmək olur. İşçi işə girdikdə, ona işdən çıxma ərzəsini də, yazdırıb tarix yerini boş qoydururlar. Sabah işə problem olanda, işçiyə deyillər sabahdan işə gəlmə, artıq bu gündən sən işdən azadsan. Bəs belə hallarla, necə mübarizə aparmaq olar. Müraciət edənlər deyillər, ərzə yazmağa məcburdular, imtina etdikdə onlarla əmək müqaviləsi bağlanılmır.

Bunun üçün Əmək Müfəttişliyi var. Ora müraciət etmək lazımdır. Keçmiş işçilərdən biri Aylın Abbasova (ad və soyad şərtidir) qeyd edir ki, Əmək Müfəttişliyində nöqsanlar çoxdur. Gecə növbəsi ilə bağlı, sual verirsən qeyd edillər ki, növbəlik prinsipi hər idarədə fərqlidir. Baxmayaraq ki, Nazirlər Kabinetinin qərarında ayrı seçkilik yoxdur. Bu baxımdan da, ora müraciət etmək yersizdir. Əlavə də, qeyd edir ki, Əmək Müfəttişliyi bir çox hallarda, işəgötürənin tərəfini müsbət hal kimi dəyərləndirir. Halbu ki, qanun əksini deyir. Şəxs də, işə girdikdə məcbur olur sussun. İşə girib, daxildə mübarizə aparanlara demaqoq damğası vururlar və xırda bir işdə nöqsan tutub, əmək kitabçasını korlayıllar. Bəs problemi necə həll etmək olar? Həlli yolu kütləvi şəkildə bu problemi üzə çıxarmaqdır. Hər hansı orqan bu vasitədən istifadə edirsə, həmin orqanı məhkəməyə verib və KİV nümayəndələrini də ora dəvət edib, işıqlandırmaq lazımdır. Belə olan halda həmin orqan artıq biləcək ki, bu məsələ ciddi nəzarət altındadır.

Bir-iki belə təşkilatlar cəzalansa və bu proses mətbuatda yayılsa, digərləri artıq bu yola əl atmayacaqlar. Tək adamın şikayəti isə, ola bilər təmin olunmasın. Amma kütləvi formada şikayət artıq bir təbilin çalınmasıdır.

İqtisadçı-ekspert Rauf Qarayev

 

Son xəbərlər
Digər xəbərlər